Bank Of Baku

Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB-1

Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB-1
# 01 fevral 2026 21:10 (UTC +04:00)

Cəlilabadda əmisi tərəfindən baltalanan 15 yaşlı yeniyetmə xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2 nəfərdən (1-i qadın, 1-kişi) 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Məlumatda qeyd olunub ki, onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd olunub ki, aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 20:05 radələrində 2011-ci il təvəllüdlü (qadın) şəxsin ölüm faktı qeydə alınıb.


***
18:13


Cəlilabadda əmisi tərəfindən balta ilə xəsarət yetirilən şəxslərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, onlar 2012-ci il təvəllüdlü Nagıyev Hüseyn Musa oğlu, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

17:55

Cəlilabadda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb.

Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR