Bank Of Baku

Cəlilabadda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb

Cəlilabadda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb
# 29 iyun 2023 13:15 (UTC +04:00)

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Adnalı kəndi ərazisində qeydə alınıb.

"Ford" markalı avtomobillə "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə 5 nəfər rayon sakini - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyev xəsarət alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR