Bank Of Baku

Cəlilabadda polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar

Cəlilabadda polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar
# 31 iyul 2025 11:47 (UTC +04:00)

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR