Cəlilabadda qəza olub, qadın sürücü ağır xəsarət alıb

Cəlilabadda qəza olub, qadın sürücü ağır xəsarət alıb
# 29 iyun 2024 14:11 (UTC +04:00)

Cəlilabadda yol - nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara yolunun 95-ci kilometrliyində, Cəlilabad rayonunun ərazisində qeydə alınıb.

1990-cı il təvəllüdlü Aygün Yüsibova idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarına çıxaraq aşıb. Sürücü bel nahiyəsindən ağır zədə alıb. Yaralı hadisə yerinə gələn təcili yardım vasitəsi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR