Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.
APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb. "QAZel" markalı nəqliyyat vasitəsi ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər - Xalid Aslanov xəsarət alaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.