Bank Of Baku

Corat sakini qətlə yetirilib - YENİLƏNİB - FOTO

Corat sakini qətlə yetirilib - YENİLƏNİB  - FOTO
# 17 dekabr 2022 15:09 (UTC +04:00)

Prokurorluq Corat qəsəbəsində baş verən qətl barədə məlumat yayıb.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə qəsəbənin Səttar Əliyev küçəsində baş verib.

Qətlə yetirilən və hadisəni törədən şəxslər qonşu olublar. Qətli törədənin Azər adlı şəxs olduğu bildirilir.

Hər iki şəxsin narkotikə görə əvvəllər məhkum olunduğu deyilir.

***

14.29

Bu gün saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində qəsəbə sakini 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun bıçaq xəsarətləri ilə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR