Bank Of Baku

Coratda yanğın olub

Coratda yanğın olub
# 20 oktyabr 2024 15:53 (UTC +04:00)

Sumqayıt şəhərinin Corat qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 160 m²(hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsində alçipandan ibarət tavan 24 m² sahədə və ev əşyaları 4 m² sahədə qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR