Daşkəsəndə dağ uçqunu olub - FOTO

Daşkəsəndə dağ uçqunu olub - FOTO
# 29 iyun 2024 18:02 (UTC +04:00)

Daşkəsəndə dağ uçqunu baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 17-ci km-də, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR