Bank Of Baku

Daşkəsəndə leysan ciddi fəsadlar törədib, bir nəfəri ildırım vurub - FOTO

Daşkəsəndə leysan ciddi fəsadlar törədib, bir nəfəri ildırım vurub - FOTO
# 20 iyun 2023 20:40 (UTC +04:00)

İyunun 20-si saat 16:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağış şəhərdə istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.

APA xəbər verir ki, dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən nəqliyyatın hərəkəti dayanıb.

Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb.

Bir nəfər Qaraqullar kənd sakini, 1968-ci il təvəllüdlü Qənbərova Afət Ərəstun qızını ildırım vurub.

Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti kafidir.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR