Bank Of Baku

Daşkəsəndə orta məktəbdə maaşların mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb

Daşkəsəndə orta məktəbdə maaşların mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb
# 25 iyun 2023 16:45 (UTC +04:00)

Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Daşkəsən rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR