Dələduzluq əməlində şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı vaxtlarda 2 nəfəri aldadan şəxslərin öz hesablarına 2900 və 5500 manat pul ödətdirməsi, bir nəfərin aldadılaraq hesabından 210 manatının çıxarılması, digərinin isə eyni üsulla 500 manatının alınması barədə polisə məlumatlar daxil olub.
Eyni zamanda, paytaxtın Yasamal və Nəsimi rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı E.Niftəliyev, 32 yaşlı E.Həsənov, 46 yaşlı L.Vəliyeva və 32 yaşlı N.Mustafayeva müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.