Bank Of Baku

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan 29 yaşlı gənc xilas edilib

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan 29 yaşlı gənc xilas edilib
# 19 avqust 2024 22:29 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1995-ci il təvəllüdlü Teyyubov Anar Mahir oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR