Bank Of Baku

DİN: Astarada aptekə basqın barədə məlumatlar təsdiqini tapmayıb

DİN: Astarada aptekə basqın barədə məlumatlar təsdiqini tapmayıb
# 07 iyul 2023 12:45 (UTC +04:00)

Sosial şəbəkələrdə Astara rayonunun Kijəbə qəsəbəsində Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadovun aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb etməsi barədə məlumat yayılıb.

Bu barədə APA-nın Cənub bürosuna DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələb etmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR