Bank Of Baku

DİN Gəncədə 3 oğlu ilə birlikdə itkin düşən ana ilə bağlı məlumat yayıb - YENİLƏNİB

DİN Gəncədə 3 oğlu ilə birlikdə itkin düşən ana ilə bağlı məlumat yayıb - YENİLƏNİB
# 20 dekabr 2022 09:49 (UTC +04:00)

Dekabr ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Gülnar Mehdiyeva və övladlarının itkin düşməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən olunub: “Gülnar Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb”.

***

09:06

Gəncədə ana 3 övladı ilə birlikdə itkin düşüb.

APA xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnar Mehdiyeva övladları - 2007-ci il təvəllüdlü Rauf Mehdiyev, 2014-cü il təvəllüdlü Ayxan Mehdiyev və 2011-ci il təvəllüdlü Ümid Mehdiyevlə birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR