Bank Of Baku

DİN sığınacaqdakı uşağın vəziyyəti ilə bağlı araşdırma aparıb, iş məhkəməyə göndərilib

DİN sığınacaqdakı uşağın vəziyyəti ilə bağlı araşdırma aparıb, iş məhkəməyə göndərilib
# 19 dekabr 2022 12:29 (UTC +04:00)

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, Kəmalə Ağazadə həmin uşaq sığınacağının qapadılması barədə qərar verildiyini, hələ də istintaq getdiyini qeyd edib. Onun sözlərinə görə, dəfələrlə ona uşağın döyüldüyü barədə məlumat verilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR