Bank Of Baku

Dövlət xidmətləri yanğınla mübarizə ilə bağlı birgə reydlər keçirib - VİDEO

Dövlət xidmətləri yanğınla mübarizə ilə bağlı birgə reydlər keçirib - VİDEO
# 21 iyun 2023 11:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri birgə reydlər keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, son zamanlar paytaxt ərazisində baş vermiş yanğın hadisələri ilə mübarizə zamanı yanğından mühafizə bölmələrinin çevik və effektli fəaliyyət göstərməsinə mane olan bir sıra faktlar aşkar olunub. Belə ki, təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaradan hallar kimi müəyyən edilib.

Qeyd olunan faktların aşkar edilərək aradan qaldırılması məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri tərəfindən birgə reydlər keçirilib.

Paytaxtın Yasamal rayonunda keçirilən reydlər zamanı görülən tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Reydlər zamanı Nazirliyin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı yanğın-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edib və xatırladıblar ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR