Dövlət Sərhəd Xidmət (DSX) Akademiyası tələbəsinin intiharı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.
***
09.57
Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.