Bank Of Baku

DYP: Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb

DYP: Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb
# 23 sentyabr 2025 15:10 (UTC +04:00)

Bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunanlarla bağlı qadın sürücülərə müraciət edib: "Baş Dövlət Yol Polisi İdarəsi bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatçlıq doğurur. Aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR