Bank Of Baku

DYP: Paytaxtda "Son zəng"lə bağlı qayda pozuntusu, yol hərəkəti xətası aşkarlanmayıb

DYP: Paytaxtda "Son zəng"lə bağlı qayda pozuntusu, yol hərəkəti xətası aşkarlanmayıb
# 14 iyun 2023 18:30 (UTC +04:00)

"Son zəng"lə əlaqədar paytaxt ərazisində, ümumtəhsil məktəblərinin ətrafında həm ərazi aidiyyatı üzrə, həm də yol patrul xidməti əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil olunub.

Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəsmisi, polis mayoru Araz Əsgərli bildirib.

DYP əməkdaşı deyib ki, paytaxt ərazisində “Son zəng” tədbiri ilə əlaqədar məzunlar arasında ictimai qayda pozuntusu və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar olunmayıb: “Öncədən xəbərdaredici çağırışlarımıza məsuliyyətli münasibət sərgiləyən bütün vətəndaşlarımıza təşəkkür edir, gənclərimizə isə gələcək həyatlarında uğurlar arzu edirik! Yolunuz açıq olsun!”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR