Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb

Hüseyn Adullayev

© APA | Hüseyn Adullayev

# 09 avqust 2024 17:01 (UTC +04:00)

Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.

"Məlumat üçün bildiririk ki, Hüseyn Abdullayevin səhhəti həkim nəzarətindədir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, keçmiş deputat Hüseyn Abdullayevin infarkt keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR