Bank Of Baku

Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi verərək dələduzluq edən şəxs saxlanılıb - VİDEO

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 04 noyabr 2025 11:53 (UTC +04:00)

Sosial şəbəkələrdə endirimli onlayn xarici dil kursu təşkil edəcəyinə dair elan yerləşdirərək dələduzluq edən 27 yaşlı Azər İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, o, təsisçisi olduğu “iamzerv academy”-nin sosial şəbəkə hesabında real dəyərindən qat-qat aşağı qiymətə kurslar təşkil etdiyi ilə bağlı elan paylaşıb. Daha sonra zərərçəkənlər 50-600 manat aralığında pul vəsaitlərini A.İsmayılovun kartına köçürüblər. Saxlanılan şəxs pulları ələ keçirəndən sonra zərərçəkənlərlə əlaqəni kəsib.

A.İsmayılovun əməlləri barədə daxil olan şikayətlər üzrə Polis İdarəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR