Bank Of Baku

Əsgər Əli İbrahimlinin ölümü ilə bağlı cinayət işi başlanılıb

Əsgər Əli İbrahimlinin ölümü ilə bağlı cinayət işi başlanılıb
# 09 oktyabr 2025 10:08 (UTC +04:00)

Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.

Bu barədə APA-ya Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun oktyabrın 5-də ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Hərbi Prokurorluqda oktyabrın 6-da cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR