Bank Of Baku

FHN: Abşeronda 4 nəfər xilas edilib, Qaradağda sürücünün meyiti dərədən çıxarılıb - VİDEO

FHN: Abşeronda 4 nəfər xilas edilib, Qaradağda  sürücünün meyiti dərədən çıxarılıb - VİDEO
# 22 sentyabr 2024 11:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Nərimanov rayonu ərazisində isə 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dərəyə yuvarlanan yük avtomobilin sürücüsünün meyiti dərədən çıxarılaraq təhvil verilib.

© APA | FHN-nin xilasetmə əməliyyatları

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR