Bank Of Baku

FHN: Azad olunmuş ərazilərdə 308 yanğın hadisəsinə çıxış olub

FHN: Azad olunmuş ərazilərdə 308 yanğın hadisəsinə çıxış olub
# 16 dekabr 2022 17:35 (UTC +04:00)

Bu il ərzində yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nazirliyinin 17-ci ildönümü münasibətilə keçirilən təntənəli iclasda çıxışında deyib.

Nazir bildirib ki, cari ildə respublikada 15810, o cümlədən Bakı şəhərində 4118, işğaldan azad olunmuş ərazilərdə isə 308 yanğın hadisəsinə çıxış qeydə alınıb. Onlardan cəmi 9 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 48 yanğına çıxış qeydə alınıb. Meşə sahələrində 44 yanğın hadisəsi baş verib. Pambıq sahə və məntəqələrində 19 yanğın zamanı cəmi 3 ton pambıq yanıb, 452 ton pambıq yanğından mühafizə olunub.

Qeyd edilib ki, yanğınların söndürülməsi zamanı 75 dövlət obyekti, 390 özəl obyekt, 305 çoxmənzilli bina, 536 fərdi ev, 458 yardımçı tikili, 288 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 90 nəfərin həyatı real təhlükədən xilas edilib.

Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1169 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR