Bank Of Baku

FHN Bakıda yanan avtomobilin söndürülməsi ilə bağlı əməliyyat görüntülərini yayıb - YENİLƏNİB - VİDEO

FHN Bakıda yanan avtomobilin söndürülməsi ilə bağlı əməliyyat görüntülərini yayıb  - YENİLƏNİB  - VİDEO
# 22 iyun 2023 09:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Z.Xəlilov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “VAZ-2121” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

***

21 iyun, 21:58

Bakı şəhərinin Yasamal rayonunda avtomobil yanıb.

APA xəbər verir ki, “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR