Bank Of Baku

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
# 26 oktyabr 2022 11:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 1 partlayış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 9 nəfər xilas edilib. Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli binada partlayış baş verməsi nəticəsində 1 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR