Bank Of Baku

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
# 23 avqust 2024 10:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2013-cü il təvəllüdlü uşağı xilas ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR