Bank Of Baku

FHN: İaşə obyektinin 800 kv/m hissəsi yanıb

FHN: İaşə obyektinin 800 kv/m hissəsi yanıb
# 25 oktyabr 2024 19:29 (UTC +04:00)

Paytaxtın Nizami rayonunda iaşə obyektinin yanaması ilə bağlı saat 17:32-də FHN-in “112” qaynar xəttinə məlumat daxil olub.

Bunu APA-ya açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev bildirib.

O, qeyd edib ki, yanğınsöndürənlər çağırışdan 4 dəqiqə sonra hadisə yerinə çatıb. Vəziyyət qiymətləndirilib və çoxsaylı çağırışla bağlı qərar qəbul olunub:

“Yanğının digər iaşə obyeltləri və fərdi yaşayış məskənlərinə keçməsinin qarşısı alınıb. Yanğın qısa nüddətdə məhdudlaşdırılaraq tam söndürülüb”.

Qeyd olunub ki, sahəsi 2000 kv/m olan iaşə obyektinin təminən 800 kv/m hissəsi yanıb. Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR