Bank Of Baku

FHN: Köməksiz vəziyyətdə qalmış 6 nəfər azyaşlı xilas edilib

FHN: Köməksiz vəziyyətdə qalmış 6 nəfər azyaşlı xilas edilib
# 31 avqust 2024 12:22 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 6 nəfər azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR