Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1993-cü il təvəllüdü X.Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakt araşdırılır.