Bank Of Baku

FHN: Ötən sutka 49 yanğına çıxış olub, 11 nəfər xilas edilib

FHN: Ötən sutka 49 yanğına çıxış olub, 11 nəfər xilas edilib
# 19 iyun 2023 12:23 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış, 12 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər xilas edilib. Həmçinin, yanğınlar zamanı 8 nəfər təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb.

Bundan başqa, Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışlar nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaş təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR