Bank Of Baku

FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB
# 01 oktyabr 2025 09:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

***

08.47

Bakıda “KİA” markalı minik avtomobili yanıb.

APA xəbər verir ki, hadisə Parlament prospektində baş verib.

Yanğın nəticəsində maşın tam yararsız vəziyyətə düşüb.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR