Bank Of Baku

FHN: Qusarın Laza kəndində vəziyyət nəzarət altındadır

FHN: Qusarın Laza kəndində vəziyyət nəzarət altındadır
# 26 sentyabr 2025 12:36 (UTC +04:00)

Qusar rayonunun Laza kəndində hadisə baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, Laza kəndindən keçən çaydan daş-palçıq qarışıqlı sel keçib. Şəlalədən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, həyətlərə dolub. Sel sularının evlərə dolmasının qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR