Bank Of Baku

FHN Şəkidəki ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

FHN Şəkidəki ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
# 18 avqust 2023 22:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən APA-ya bildirilib ki, nazirliyin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Qeyd edilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR