Bank Of Baku

FHN: Yasamalda yaşayış binasının dam örtüyü 840m² sahədə yanıb, 28 nəfər təxliyə edilib

FHN: Yasamalda yaşayış binasının dam örtüyü 840m² sahədə yanıb, 28 nəfər təxliyə edilib
# 23 iyun 2023 11:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yasamalda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

Yanğın nəticəsində binanın ümumi sahəsi 1620m² olan dam örtüyünün yanar konstruksiyaları 840m² sahədə yanıb. Binanın dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı 28 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 85 nəfərdən ibarət şəxsi heyəti və 19 ədəd texnikası iştirak edib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR