FHN: Zəlzələ nəticəsində dağıntı, insan xəsarəti barədə məlumat daxil olmayıb

FHN: Zəlzələ nəticəsində dağıntı, insan xəsarəti barədə məlumat daxil olmayıb
# 05 sentyabr 2024 11:29 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 05.09.2024-cü il tarixində yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR