Bank Of Baku

Füzulidə yol qəzasında 4 nəfər xəsarət alıb

Füzulidə yol qəzasında 4 nəfər xəsarət alıb
# 16 oktyabr 2025 15:57 (UTC +04:00)

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, qəza rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "Daewoo" markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, oktyabrın 16-da saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR