Bank Of Baku

Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
# 19 avqust 2024 21:06 (UTC +04:00)

Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində X. Piroğlanova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Mingəçevir şəhər sakini Oruc Abdullayev saxlanılaraq istintaqa təhvil verilib

***
20:27

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

1995-ci il təvəllüdlü Xəyal Güloğlanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, yaralıya yardım edilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 29 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR