Bank Of Baku

Gədəbəydə qəzada ölən və xəsarət alanların adları məlum olub - YENİLƏNİB

Gədəbəydə qəzada ölən və xəsarət alanların adları məlum olub - YENİLƏNİB
# 30 avqust 2025 08:12 (UTC +04:00)

Gədəbəydə baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə qəza zamanı ölənlər rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U. Həsənovdur.

Xəsarət alanlar isə "VAZ-2104"ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “NİVA”nın sürücü 2006-cı il təvəllüdlü R. Şirinovdur.

Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

***

00:56

Gədəbəy rayonunda ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan iki "VAZ" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR