Gədəbəydə evin hamamında su qızdırıcısı partlayıb.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
Hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü A.Cəfərova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib və vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə A.Cəfərova yaşadığı evin vanna otağında çimən zaman qızırıcıda olan nasazlıq səbəbilə qaz partlayışı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.