Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Arıqdam kəndi yaxınlığındakı yolda qeydə alınıb.
Hərəkətdə olan "KamAZ "markalı yük maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza nəticəsində sürücü Ramiz Rzayev hadisə yerində ölüb. Maşında olan sərnişin Azər Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.