Gədəbəy rayonunda yanğın olub.
FHN-dən APA-ya verilən məlumata görə, Çaldaş kəndində “KamAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.