Bank Of Baku

“Gənc xilasedici” yarışı və Ümumrespublika birinciliyinin final mərhələsi başlayıb - VİDEO

“Gənc xilasedici” yarışı və Ümumrespublika birinciliyinin final mərhələsi başlayıb - VİDEO
# 26 iyun 2023 15:31 (UTC +04:00)

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

FHN-dən APA-ya verilən xəbərə görə, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Daha sonra Qəbələ şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

Mərasimə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yeniyetmə və gənclərin milli vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda yetişməsi məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb.

Yetişməkdə olan gənc nəslin müasir elmi biliklərə yiyələnməsi, yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olması, təlim-tərbiyəsi daim Ulu Öndərin diqqətində olub. Məhz ümummilli liderin müdrik uzaqgörənliklə işləyib hazırladığı mütərəqqi dövlət gənclər siyasəti bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyətin əsasını təşkil edir.

Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirin Təşkilat komitəsi rəhbərinin müavini polkovnik Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara müvəffəqiyyətlər arzulayıb.

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub.

Yarışlar iyulun 2-nə kimi davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR