Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.
Hadisə şəhərin "Qaraçılar məhəlləsi" kimi tanınan ərazisində baş verib. Orada yaşayan A. Əmiraslanova və 2009-cu il təvəllüdlü Murad Əmiraslanovla qeyri-rəsmi nikahda olub. Sonra Aygün Muraddan ayrılaraq başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.
***
09.44
Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib.
O, əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.