Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü E.Sadıqov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstənin yarası dərhal tikilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, E.Sadıqov mübahisə zamanı tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.