Gəncədə 25 yaşlı gənc oğlanı bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 19-da 22:00 radələrində 2000-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Döş qəfəsinin açıq yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
19.10.2025. 22:56
Gəncədə 25 yaşlı gənc bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü A. Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.