Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
APA xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törərməkdə şübhəli bilinən Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir
***
21:33
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən bazarların birində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 37 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.