Bank Of Baku

Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 18 noyabr 2025 08:58 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 37 yaşlı T. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əhməd Həsənov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, noyabrın 18-də saat 00:20 radələrində 1988-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Xəsarətlər alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.


***
23:36


Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, insident şəhər ərazisində qeydə alınıb.

Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü T. İsmayılov olduğu müəyyən edilib. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR