Sentyabrın 5-də saat 05:50 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yadım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
"Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.
***
08.46
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən, ümumi sahəsi 300 kvadratmetr olan 4 otaqlı evdə baş verib. Evdə anidən başlayan yanğın nəticəsində 130 kvadratmetr sahə əşyalarla birlikdə yanıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi və qonşuluqdakı tikililər alovdan mühafizə olunub.
Hadisə zamanı 1955-ci il təvəllüdlü Ə. Məmmədov və həyat yoldaşı, 1957-ci il təvəllüdlü V. Məmmədova tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Baş vermiş yanğınla bağlı araşdırma aparılır.