Bank Of Baku

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb, qardaşı şübhəli sayılır

Gəncədə 40 yaşlı kişi bıçaqlanıb, qardaşı şübhəli sayılır
# 14 sentyabr 2025 17:25 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü E.Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal o, əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, E.Kərimov qardaşı tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR